
Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin dəqiq təqdimat tarixi açıqlanıb
Cihazlar+
30.01.2024
Emil
Dünən biz xəbər verdik ki, Huawei şirkəti özünün qatlana bilən qapaqlı Pocket S2 smartfonunu fevral ayının sonunda təqdim edəcək. İndi isə insayderlər smartfonun dəqiq təqdimat tarixini açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən Huawei Pocket S2 smartfonu 26 fevral tarixində təqdim ediləcək. Çox güman ki, smartfonun təqdimatı MWC 2024 sərgisi çərçivəsində baş tutacaq. İnsayderlər həmçinin qeyd ediblər ki, həmin gündə Huawei P70 smartfon seriyasının təqdimatını gözləmək lazım deyil.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
