
Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin dizaynı keys istyehsalçısı tərəfindən sızdırılıb
Cihazlar+
07.12.2023
Emil
Bu ayın sonuna kimi Huawei şirkətinin nova 12 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Lakin bu smartfon seriyası ilə yanaşı şirkət həmçinin yeni qatlana bilən qapaqlı smartfonunu da təqdim edə bilər. Söhbət, Huawei Pocket S2-dən gedir. İndi isə məlum olub ki, Huawei Pocket S2 smartfonunun keysinin fotosu ortaya çıxıb. Beləliklə keys istehsalçısı smartfonun dizaynını sızdırıb. Fotodan da görmək olar ki, şirkətin yeni qatlana bilən qapaqlı smartfonunun arxa panelində iki ədəd dairəvi sahə yerləşəcək. Güman olunur ki, dairəvi sahələrdən biri kameralar üçün, digəri isə xarici ekran üçün nəzərdə tutulacaq. Lakin hər iki dairəvi sahənin də kameralar üçün nəzərdə tutulduğu istisna deyil.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
