Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin dizaynı sərgilənib

    Cihazlar+
    12.02.2024
    Emil
         İnternetdə Huawei şirkətinin Pocket S2 adlı yeni qatlana bilən qapaqlı smartfonunun render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun yalnız ön paneli əks olunub. Render fotodan da görmək olar ki, Huawei Pocket S2 smartfonu xarici görünüşcə Pocket S-ə bənzəyəcək. Yeni smartfonun da arxa panelində dairəvi kamera sahəsi ilə əlavə dairəvi ekran yerləşəcək. Render fotoda smartfonun arxa panelindəki əlavə ekranında HarmonyOS yazısını görmək olar. Bu isə o deməkdir ki, Pocket S2 Huawei şirkətinin əməliyyat sistemi vasitəsilə çalışacaq. Son məlumat sızıntılarına əsasən bu yeni qatlana bilən qapaqlı smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək və Kirin prosessoru vasitəsilə çalışacaq. Huawei Pocket S2-nin bu ayın sonunda təqdim olunacağı gözlənilir.
    Paylaş