Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin kameralarından biri unikal olacaq
İnsayderlər Huawei tərəfindən yaxın zamanda təqdim olunacağı gözlənilən qatlana bilən qapaqlı Pocket S2 smartfonu barəsində yeni məlumatı təqdim ediblər. Təqdim edilmiş məlumat smartfonun kameralarından birini əhatə edir. Belə ki, onların sözlərinə əsasən Huawei Pocket S2 smartfonu hiperspektral kamera obyektivini əldə edəcək. Hiperspektral kameranın ənənəvi kameralardan əsas fərqi ondadır ki, hiperspektral kamera insan gözü tərəfindən görünməyən daha geniş işıq diapazonunu görə bilir.