main-post-cover

    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin keyfiyyətli render fotosu ortaya çıxıb

    Cihazlar+
    08.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti hal hazırda özünün yeni qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Söhbət, Huawei Pocket S2-dən gedir. Dünən sözügedən smartfonun keysinin fotosu ortaya çıxdı. Bunun sayəsində smartfonun dizaynı məlum oldu. İndi isə Huawei Pocket S2-nin keyfiyyətli render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotodan da görmək olar ki, Pocket S2 xarici görünüşcə Huawei P50 Pocket-ə bənzəyəcək. Fotoda smartfonun yalnız arxa paneli əks olunub. Beləliklə fotoya əsasən smartfonun arxa panelində iki ədəd dairəvi sahə yerləşəcək. Onlardan birində kameralar, digərində isə xarici ekran yerləşəcək. Kameralar ilə bağlı olan dairəvi sahədə 3 ədəd kamera obyektivi mövcud olacaq. Huawei Pocket S2-nin texniki göstəriciləri barəsində məlumat yoxdur. Smartfonun nə zaman təqdim olunacağı da bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei qeyri-adi dizayna sahib yeni naqilsiz qulaqlığının təqdimatına hazırlaşır
    huawei-qeyri-adi-dizayna-sahib-yeni-naqilsiz-qulaqliginin-teqdimatina-hazirlasir
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin dizaynı keys istyehsalçısı tərəfindən sızdırılıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-dizayni-keys-istyehsalcisi-terefinden-sizdirilib
    Huawei şirkətinin 12 dekabr tarixində hansı planşeti təqdim edəcəyi məlum olub
    huawei-sirketinin-12-dekabr-tarixinde-hansi-planseti-teqdim-edeceyi-melum-olub
    Huawei nova 12-nin keysinin fotosu ortaya çıxıb
    huawei-nova-12-nin-keysinin-fotosu-ortaya-cixib
    Qatlana bilən qapaqlı Huawei Pocket S2 smartfonu olduqca dözümlü gövdəyə sahib ola bilər
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-smartfonu-olduqca-dozumlu-govdeye-sahib-ola-biler