
Qatlana bilən qapaqlı Huawei Pocket S2 smartfonu olduqca dözümlü gövdəyə sahib ola bilər
Cihazlar+
05.12.2023
Emil
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti yeni qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Söhbət, Huawei Pocket S2-dən gedir. Ortaya çıxmış yeni məlumata əsasən isə Huawei Pocket S2 smartfonu zərbələrə və düşüşlərə dözümlü gövdəni əldə edəcək. Bunun necə reallaşdırılacağı barəsində məlumat verilməyib. Lakin bu cür dözümlülük üçün şirkətin sözügedən yeni smartfonda Kunlun adlı qoruyucu şüşənin daha təkmilləşdirilmiş versiyasından istifadə edəcəyi istisna deyil. Huawei Pocket S2-nin hal hazırda aktual olan P50 Pocket və Pocket S kimi o qədər də baha qiymətə satılmayan smartfon olacağı gözlənilir. Onun texniki göstəriciləri və nə zaman təqdim olunacağı barəsində məlumatlar hələ yoxdur.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
