
Qatlana bilən qapaqlı Huawei Pocket S2 smartfonunun nə zaman təqdim olunacağı məlum olub
Cihazlar+
29.01.2024
Emil
Keçən il dəfələrlə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti Pocket S2 adlı yeni qatlana bilən qapaqlı smartfon üzərində çalışır. İndi isə bu yeni qatlana bilən smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat verilib. İnsayderlər bildiriblər ki, Huawei Pocket S2 smartfonu şirkət daxilində LEM kod adına sahibdir. Onlar sözlərinə əsasən əgər hər şey plana uyğun getsə, smartfon gələn ayın sonunda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, fevral ayının sonunda MWC 2024 sərgisi baş tutacaq. Heç istisna deyil ki, Huawei Pocket S2 məhz MWC 2024 sərgisi çərçivəsində təqdim olunsun. Gözləntilərə əsasən yeni qatlana bilən smartfon xarici görünüşcə Huawei P50 Pocket-ə bənzəyəcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
