Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    19.02.2024
         Biz artıq dəfələrlə məlumat vermişik ki, Huawei şirkəti Pocket 2 adlı yeni qatlana bilən qapaqlı smartfonunu təqdim etməyə hazırlaşır. Smartfon barəsində olmuş çoxlu sayda məlumat sızıntısından sonra şirkət sonunda onun təqdimatını rəsmi şəkildə anons edib. Huawei tərəfindən təqdim edilmiş posterə əsasən Pocket 2 smartfonu 22 fevral tarixində Çində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Huawei Pocket 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib əsas AMOLED ekranı əldə edəcək və Kirin prosessoru vasitəsilə çalışacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib | Technote