main-post-cover

    Qatlana bilən qapaqlı Moto Razr 50 smartfonlarının təqdimatları anons edilib

    Cihazlar+
    14.06.2024
    Emil Nəcəfov
         Motorola şirkəti özünün yeni qatlana bilən qapaqlı smartfonlarının təqdimatlarını anons edib. Söhbət, Moto Razr 2024 smartfon seriyasından gedir. Rəsmi anonsda sözügedən smartfon seriyasının adı qismində Moto Razr 50 qeyd edilməyib. Lakin heç istisna deyil ki, smartfon seriyası bu adı əldə etsin. Moto Razr 2024 smartfon seriyası 25 iyun tarixində Çində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq. Moto Razr 50 və Razr 50 Ultra. Bəzi məlumatlara əsasən adi Razr 50 modeli 6.9 düym ölçülü daxili ekranı, 3.6 düym ölçülü xarici ekranı, MediaTek Dimensity 7300X prosessorunu və 3950 mAh enerji tutumlu batareyanı əldə edəcək. Razr 50 Ultra modelinə gəldikdə isə onun 6.9 düym ölçülü daxili ekranı, 4 düym ölçülü xarici ekranı, Snapdragon 8s Gen 3 prosessorunu və 4000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Moto G85 smartfonunun əsas texniki imkanları məlum olub
    orta-budceli-moto-g85-smartfonunun-esas-texniki-imkanlari-melum-olub
    Motorola Edge (2024) smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-2024-smartfonu-teqdim-edilib-qiymeti
    Hələ təqdim edilməmiş Moto G85-in texniki imkanları açıqlanıb
    hele-teqdim-edilmemis-moto-g85-in-texniki-imkanlari-aciqlanib
    Motorola Razr 5-nin fotosu və texniki göstəriciləri rəsmi şəkildə ortaya çıxıblar
    motorola-razr-5-nin-fotosu-ve-tenxiki-gostericileri-resmi-sekilde-ortaya-cixiblar
    Moto G85 smartfonunun render fotoları ortaya çıxıblar
    moto-g85-smartfonunun-render-fotolari-ortaya-cixiblar