main-post-cover

    Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra hansı qiymətə satılacaq?

    Cihazlar+
    18.05.2023
    Emil Nəcəfov
        Dünən rəsmi şəkildə məlum oldu ki, Motorola şirkəti RAZR seriyasının yeni qatlana bilən qapaqlı smartfonlarını 1 iyun tarixində təqdim edəcək. Bu ilki Motorola RAZR seriyasına RAZR 40 ilə RAZR 40 Ultra smartfonları daxil olmalıdır. İndi isə Motorola RAZR 40 Ultra-nın hansı qiymətə satılacağı barəsində məlumat verilib. Verilmiş məlumata əsasən sözügedən smartfon 1000$ qiymətində satışa çıxacaq. Bu isə o deməkdir ki, Motorola RAZR 40 modeli ondan daha aşağı qiymətə satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Motorola RAZR 2022 smartfonu Çin bazarında 900$-a satışa çıxmışdı. Avropa bazarında isə onun qiyməti 1200 avrodan start götürmüşdü.
    Linki kopyala