Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın bütün texniki özəllikləri təqdim edilib

Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın bütün texniki özəllikləri təqdim edilib

Mobil Cihazlar
24.05.2023 PAYLAŞIM

    Qatlana bilən qapaqlı Motorola RAZR smartfon seriyasının yeni modellərinin təqdim olunmasına az müddət qalmış insayderlər Motorola RAZR 40 Ultra-nın texniki özəlliklərini təqdim ediblər. Qeyd etmək lazımdır ki, yeni Motorola RAZR smartfonları 1 iyun tarixində təqdim ediləcək. Beləliklə insayderlərin sözlərinə əsasən Motorola RAZR 40 Ultra smartfonu 2400x1080 piksel keyfiyyətli 6.9 düym daxili pOLED 1066x1056 piksel keyfiyyətli 3.6 düym xarici pOLED ekran ilə təchiz olunacaq.

    Məlumata əsasən hər iki ekran 165 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. İnsayderlər bildiriblər ki, smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 13 MP + 12 MP ikili arxa kameranı, 32 MP-lik ön kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 3800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Motorola RAZR 40 Ultra-nın Avropa bazarında 1200 avroya satılacağı gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×