main-post-cover

    Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın marketinq fotoları təqdim edilib

    Cihazlar+
    16.05.2023
    Farid Pardashunas
        Motorola şirkətinin qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, insayderlər sözügedən smartfonun marketinq fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, Motorola RAZR 40 Ultra böyük ölçülü xarici ekrana sahib olacaq. Məlumata əsasən smartfonun xarici ekranında bildirişlərlə yanaşı həmçinin videolara da baxmaq mümkün olacaq.
        Texniki özəlliklər baxımından smartfonun 120-144 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli daxili AMOLED 1056x1066 piksel keyfiyyətli xarici AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı smartfon 12 MP + 13 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaq. Motorola RAZR 40 Ultra-nın Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən Motorola RAZR seriyasının yeni smartfonlarını gələn ayın əvvəlində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər