Logo
    Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın press-render fotoları ortaya çıxıb

    Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın press-render fotoları ortaya çıxıb

    Cihazlar+
    12.05.2023
      İnsayderlər Motorola şirkətinin qatlana bilən qapaqlı Motorola RAZR smartfon seriyasının yeni modelləri barəsində məlumatlar təqdim etməyə davam edirlər. Bu dəfə onlar bu seriyaya daxil olacaq Motorola RAZR 40 Ultra-nın press-render fotolarını paylaşıblar. Fotolardan da görmək olar ki, smartfonun daxili ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Xaricdən isə smartfon böyük ölçülü köməkçi ekran ilə təchiz olunacaq.
      Köməkçi ekran arxa panelin yuxarı hissəsinin demək olar bütün sahəsini əhatə edəcək. Məlumata əsasən Motorola RAZR 40 Ultra smartfonu 120-144 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli daxili AMOLED 1056x1066 piksel keyfiyyətli xarici AMOLED ekran ilə təchiz olunacaq. Smartfonun Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı və özündə 4000 mAh-lıq batareyanı birləşdirəcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın press-render fotoları ortaya çıxıb