
Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonunun fotoları təqdim edilib
Cihazlar+
27.04.2023
Emil
Evan Blass adlı məşhur insayder Motorola şirkətinin yeni qatlana bilən qapaqlı flaqman smartfonunun fotolarını təqdim edib. Maraqlısı ondadır ki, insayder smartfonu Motorola RAZR 40 Ultra adlandırıb. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon Motorola RAZR+ 2023 adını əldə edəcək. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Motorola RAZR 40 Ultra smartfonu böyük ölçülü xarici ekrana sahib olacaq. O, arxa panelinin yuxarı hissəsini bütövlüklə əhatə edəcək.

Bəzi məlumatlara əsasən xarici ekranın ölçüsü 3.7 düym təşkil edəcək. Bundan əlavə olaraq Motorola RAZR 40 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib daxili OLED ekran, Snapdragon 8+ Gen 1 və ya Snapdragon 8 Gen 2 prosessoru və yüksək sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Motorola özünün yeni RAZR seriyasını ya gələn ay ya da iyunda təqdim etməlidir. Bununla yanaşı şirkətin Motorola RAZR 40 Ultra ilə yanaşı adi RAZR 40 modelini də təqdim edəcəyi gözlənilir.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
