Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonunun texniki özəllikləri barəsində yeni məlumatlar verilib

Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonunun texniki özəllikləri barəsində yeni məlumatlar verilib

Mobil Cihazlar
03.05.2023 PAYLAŞIM

    XDA-Developers saytının əməkdaşları qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra smartfonunun texniki özəllikləri barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumata əsasən smartfon iki ədəd ekrana sahib olacaq. Motorola RAZR 40 Ultra özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli daxili əsas AMOLED ekranı və 1056x1066 piksel keyfiyyətli xarici AMOLED ekranı birləşdirəcək. Bununla yanaşı smartfon 12 MP + 13 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaq. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB-a kimi RAM yaddaşını, 512 GB-a kimi daxili yaddaş həcmini və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bəzi məlumatlara əsasən smartfon iyun ayının əvvəlində təqdim olunacaq.




DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×