
Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.06.2023
Emil
Motorola şirkəti Motorola RAZR 40 ilə yanaşı onun daha flaqman versiyası olan Motorola RAZR 40 Ultra-nı da təqdim edib. Ultra modelinin adi RAZR 40-dan əsas fərqi xarici ekranın böyük ölçüdə olmasıdır. Xarici ekranın böyük ölçüdə olması sayəsində onun vasitəsilə smartfonun demək olar bütün funksionallığından istifadə etmək olar. Beləliklə Motorola RAZR 40 Ultra modeli 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym daxili pOLED ekran və 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 3.6 düym xarici pOLED ekran ilə təchiz olunub.

Xarici ekran həmçinin Gorilla Glass 7 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından Motorola RAZR 40 Ultra modeli Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 256/312 GB daxili yaddaş həcmi, 13 MP + 12 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon həmçinin 5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Motorola RAZR 40 Ultra Android 13 vasitəsilə çalışır. Smartfon 5 iyun tarixində Çin bazarında satışa çıxacaq. Müəyyən müddətdən sonra isə onun qlobal versiyası təqdim ediləcək. Motorola RAZR 40 Ultra-nın Çin bazarındakı satış qiymətləri belə olacaq.
- 8 GB RAM + 256 GB yaddaş - 800$
- 12 GB RAM + 512 GB yaddaş - 915$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
