main-post-cover

    Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın real fotosu ortaya çıxıb

    Cihazlar+
    07.05.2024
    Brilyant Rasulova
         Motorola şirkəti bu il ərzində Razr 50 Ultra adlı yeni qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. İndi isə 91mobiles saytı sözügedən smartfonun ilk real fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, Motorola Razr 50 Ultra özündə ənənəvi şarnir konstruksiyasını birləşdirəcək və onun arxa panelinin yuxarı hissəsində iki ədəd kamera obyektivi yerləşəcək. Arxa kameraların alt hissəsində isə xarici ekran yerləşməlidir.
         Məlumatda qeyd edilib ki, Motorola Razr 50 Ultra-nın 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyası mövcud olacaq. Bununla yanaşı bu yeni qatlana bilən qapaqlı smartfonun mavi, narıncı və yaşıl gövdə rənglərində satışa çıxacağı gözlənilir. Motorola Razr 50 Ultra-nın texniki göstəriciləri barəsində məlumat hələ yoxdur. Çox güman ki, smartfonun texniki özəllikləri yaxın həftələrdə ortaya çıxacaq. Qeyd etmək lazımdır ki, keçıən il təqdim olunmuş və hal-hazırda aktual olan Motorola Razr 40 Ultra smartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Moto Buds və Moto Buds+ naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    moto-buds-ve-moto-buds-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-fusion-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-ultra-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün öncə Motorola Edge 50 Ultra-nın vacib özəlliklərindən biri açıqlanıb
    teqdimatdan-bir-gun-once-motorola-edge-50-ultra-nin-vacib-ozelliklerinden-biri-aciqlanib
    Büdcəli Moto G04s smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g04s-smartfonu-teqdim-edilib-qiymeti