main-post-cover

    Qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarının render fotoları ilə tenxiki imkanları ortaya çıxıblar

    Cihazlar+
    20.05.2024
    Farid Pardashunas
         Motorola şirkəti qatlana bilən qapaqlı Razr 40Razr 40 Ultra smartfonlarını keçən ilin iyun ayında təqdim etmişdi. İndi isə şirkət onların davamçıları olacaq Razr 50 Razr 50 Ultra modellərinin təqdimatlarına hazırlaşır. Bu yeni smartfonlar artıq gələn ay təqdim oluna bilərlər. İndi isə internetdə Motorola Razr 50 smartfonlarının render fotoları ilə texniki imkanları barəsində məlumatlar ortaya çıxıblar. Beləliklə məlumata əsasən Motorola Razr 50-nin keçən ilki Razr 40-dan əsas fərqi xarici ekranda olacaq. Belə ki, Motorola Razr 50-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib 3.63 düym ekranla təchiz olunacağı gözlənilir.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Razr 40 modeli 1.5 düym ölçülü xarici ekrana sahibdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Motorola Razr 50 özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.9 düym daxili pOLED ekranı birləşdirəcək. Yeni smartfon 50 MP + 13 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, Motorola Razr 50 smartfonu MediaTek Dimensity 7300X prosessoru vasitəsilə çalışacaq və 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
         Motorola Razr 50 Ultra-ya gəldikdə isə o, Razr 50-dən fərqli olaraq 4.0 düym ölçülü xarici ekranı əldə edəcək. Smartfonun daxili ekran ölçüsü Razr 50-nin daxili ekran ölçüsü ilə eyni olacaq. Lakin Razr 50 Ultra-nın daxili ekranı 165 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Üstəlik smartfon özündə 50 MP + 50 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcək. Məlumata əsasən Motorola Razr 50 Ultra modeli Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq və 45 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın texniki imkanları açıqlanıb
    qatlana-bilen-qapaqli-motorola-razr-50-ultra-nin-texniki-imkanlari-aciqlanib
    Android 15-i əldə edəcək Motorola smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
    android-15-i-elde-edecek-motorola-smartfonlarinin-qeyri-resmi-siyahisi-teqdim-edilib
    Moto G Stylus 5G (2024) smartfonu təqdim olunub - QİYMƏTİ
    moto-g-stylus-5g-2024-smartfonu-teqdim-olunub-qiymeti
    Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın real fotosu ortaya çıxıb
    qatlana-bilen-qapaqli-motorola-razr-50-ultra-nin-real-fotosu-ortaya-cixib
    Moto Buds və Moto Buds+ naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    moto-buds-ve-moto-buds-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti