Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Nubia Flip 2 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.01.2025
    Emil
         ZTE şirkətinin Nubia brendi öz yeni qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, ikinci nəsil Nubia Flip 2-dən gedir. Qeyd etmək lazımdır ki, birinci nəsil Nubia Flip keçən ilin əvvəlində təqdim olunmuşdu. Nubia Flip 2 öz növbəsində birinci nəsil Nubia Flip-dən həm xarici görünüşcə həm də texniki imkanlar baxımından fərqlənir. Yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2790x1188 piksel keyfiyyətli 6.9 düym ölçülü daxili OLED ekranla və 682x422 piksel keyfiyyətli 3 düym ölçülü xarici ekranla təchiz olunub. Smartfon MediaTek Dimensity 7300X prosessoru vasitəsilə çalışır və 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda Nubia Flip 2 smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, smartfonun gövdəsi IP42 standartı üzrə sudan qorunma özəlliyini özündə birləşdirir. Nubia Flip 2 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon ilk növbədə Yaponiyada satışa çıxıb və onun qiyməti 408$ təşkil edir. Gözləntilərə əsasən müəyyən müddətdən sonra Nubia Flip 2 digər regionlarda da satışa çıxacaq.
    Paylaş