Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in bəzi texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    15.08.2023
    Emil
        OPPO-nun qatlana bilən qapaqlı Find N3 Flip adlı yeni smartfonunun sxematik fotosu dünən internetdə ortaya çıxdı. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonun bəzi texniki göstəriciləri barəsində məlumatlar verib. Dünən ortaya çıxmış sxematik fotoda smartfonun arxa panelində 3 ədəd kamera obyektivinin olacağı əks olunub. Həmin kameralar arxa paneldəki kiçik ölçülü dairəvi sahənin daxilində yerləşəcəklər.
        İnsayderin vermiş olduğu yeni məlumatda qeyd edilib ki, smartfonun arxa kameralarından birincisi əsas standart kamera (çox güman ki, optik stabilizasiyaya sahib Sony IMX890), ikincisi genişbucaqlı kamera, üçüncüsü isə telekamera olacaq. İnsayderin sözlərinə əsasən OPPO Find N3 Flip smartfonu OLED ekran, MediaTek Dimensity 9200 prosessoru və 16 GB RAM ilə təchiz olunacaq. OPPO Find N3 Flip-in bu ilin payız fəslində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər