Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    12.10.2023
    Emil
         OPPO şirkəti öz yeni qatlana bilən smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatını anons edib. Beləliklə rəsmi anonsa əsasən sözügedən smartfonun qlobal versiyası 19 oktyabr tarixində Sinqapurda təqdim olunacaq. Bundan əlavə olaraq təqdimat tədbirində yeni qatlana bilən OPPO Find N3 Fold smartfonunun da təqdimatını gözləmək olar. Daha öncə düşünülürdü ki, OPPO Find N3 Fold modeli eksklüziv olaraq Çin bazarında satılacaq. Lakin 19 oktyabr tarixindıə onun qlobal bazarda təqdim olunacağını istisna etmək lazım deyil. Çünki OPPO tərəfindən təqdim edilmiş posterdə 19 oktyabr tarixində məhz OPPO Find N3 seriyasının təqdim olunacağı qeyd edilib. Bu isə o deməkdir ki, şirkət bir deyil, bir neçə smartfon təqdim etməlidir.
    Paylaş