Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    23.06.2023
    Emil
        İnsayderlər OPPO şirkətinin qatlana bilən qapaqlı smartfonunun render fotosunu təqdim ediblər. Söhbət, OPPO Find N3 Flip-dən gedir. Render fotodan əlavə olaraq sözügedən smartfonun texniki göstəriciləri də təqdim edilib. Render fotodan da görmək olar ki, OPPO Find N3 Flip modeli xarici görünüşcə Find N2 Flip-ə bənzəyir. Lakin Find N2 Flip-in ikili arxa kamera ilə təchiz olunduğu halda Find N3 Flip modeli üçlü arxa kameraya sahib olacaq.
        İnsayderlərin vermiş olduqları məlumata əsasən OPPO Find N3 Flip smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü daxili AMOLED ekran və 3.26 düym ölçülü xarici AMOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 9000 Plus prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM-ı və 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlərin sözlərinə əsasən smartfon 50 MP + 32 MP + 8 MP üçlü arxa kameraya, 32 MP-lik ön kameraya və 44 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareyaya sahib olacaq. OPPO Find N3 Flip-in nə zaman təqdim olunacağı hələ bilinmir.
    Paylaş
    Bənzər xəbərlər