
Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in sxematik fotosu ortaya çıxıb
OPPO hal hazırda Find N3 Flip adlı qatlana bilən qapaqlı smartfon üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun sxematik fotosu ortaya çıxıb. Ortaya çıxmış sxematik foto smartfonun mümkün dizaynını sərgiləyir. Sxematik fotodan da görmək olar ki, smartfonun arxa kameraları kiçik ölçülü dairəvi sahənin daxilində yerləşəcəklər. LED işqılandırma isə dairəvi kamera sahəsinin xaricində alt hissədə yerləşəcək.
Üstəlik dairəvi kamera sahəsinin yanında kiçik ölçülü xarici ekran mövcud olacaq. Son məlumat sızıntılarına əsasən OPPO Find N3 Flip smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.8 düym daxili AMOLED ekran, 3 düym xarici ekran və 50 MP + 32 MP + 8 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir. OPPO Find N3 Flip-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər