Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonu sertifikatlaşdırmadan keçib

    Cihazlar+
    09.08.2023
    Emil
        Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında OPPO şirkətinin qatlana bilən qapaqlı smartfonu ortaya çıxıb. Söhbət, OPPO Find N3 Flip-dən gedir. Sertifikatlaşdırma agentliynin məlumatlar bazasında smartfonun əsas texniki göstəriciləri əks olunmasa da qeyd edilib ki, o, 5G67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
    Daha öncəki məlumat sızıntılarına inansaq, OPPO Find N3 Flip smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym daxili AMOLED ekran və 3.26 düym xarici ekran ilə təchiz olunacaq. Smartfonun MediaTek Dimensity 9000+ prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcəyi gözlənilir. OPPO Find N3 Flip yaxın zamanda təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər