Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 5-in real fotosu ortaya çıxıb

    Cihazlar+
    25.06.2023
        İnternetdə qatlana bilən qapaqlı Galaxy Z Flip 5 smartfonunun real fotosu ortaya çıxıb. Ortaya çıxmış foto yüksək keyfiyyətdə olmasa da, daha öncəki məlumat sızıntılarını təsdiqləyir. Fotoda Galaxy Z Flip 5 qatlanmış şəkildə əks olunub. Fotodan da görmək olar ki, smartfon böyük ölçülü xarici ekrana sahibdir və xarici ekranın yuxarı hissəsində ikili arxa kamera yerləşdirilib. Son məlumat sızıntılarına əsasən Galaxy Z Flip 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym daxili AMOLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Smartfonun gələn ayın sonunda təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 5-in real fotosu ortaya çıxıb | Technote