Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 5-in reklam fotosu təqdim edilib

    Cihazlar+
    16.06.2023
    Emil
        Qatlana bilən Galaxy Z Fold 5-in ardınca insayderlər həmçinin qatlana bilən qapaqlı Galaxy Z Flip 5-in də reklam fotosunu təqdim ediblər. Təqdim edilmiş foto smartfonun orijinal xarici görünüşünü və xarici ekranın mümkün istifadə ssenarisini sərgiləyir. Daha öncəki məlumat sızıntılarında dəfələrlə qeyd edilmişdi ki, Galaxy Z Flip 5 smartfonu böyük ölçülü xarici ekrana sahib olacaq. Təqdim edilmiş reklam fotosu da bunu təsdiqləyir. Smartfonun 3.4 düym ölçülü xarici ekran ilə təchiz olunacağı gözlənilir. Xarici ekran smartfonun arxa kameraları hissəsində assimetrik dizayna sahibdir.
        Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Google ilə Samsung öz tətbiqlərini Galaxy Z Flip 5-in xarici ekranı üçün optimizasiya edəcəklər. Beləliklə istifadəçilər xarici ekranda Youtube Google Maps kimi servislərdən istifada edə biləcəklər və bu halda daxili ekran ilə qarşılıqlı əlaqədə olmağa ehtiyac qalmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5-in 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym daxili AMOLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacağı gözlənilir. Galaxy Z Flip 5 gələn ayın sonunda Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Z Fold 5 ilə birlikdə təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər