
Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 5-in render fotoları təqdim edilib
Cihazlar+
01.05.2023
Emil
OneLeaks ləqəbli məşhur insayder Galaxy Z Fold 5 ilə yanaşı həmçinin qatlana bilən qapaqlı Galaxy Z Flip 5-in də render fotolarını təqdim edib. Son məlumat sızıntılarına əsasən Galaxy Z Flip 5-də reallaşdırılacaq əsas yenilik xarici ekran olacaq. Gözləntilərə əsasən smartfon 3.4 düym ölçülü xarici ekran ilə təchiz olunacaq və arxa ponelin yuxarı hissəsinin böyük sahəsini əhatə edəcək. Smartfonun daxili ekranı 6.7 düym təşkil edəcək. Daxili ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləməlidir. Galaxy Z Flip 5-in Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
