
Qatlana bilən qapaqlı TECNO Phantom V Flip smartfonu təqdim edilib - QİYMƏTİ
Bizim Youtube kanalımızda da smartfonlarının icmalı olan TECNO şirkəti Phantom V Flip adlı ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Flip form faktoruna sahib digər qatlana bilən smartfonlardan TECNO Phantom V Flip-i əlçatan satış qiyməti fərqləndirir. Lakin bununla belə sözügedən smartfondan flaqman imkanları gözləmək lazım deyil. Beləliklə TECNO Phantom V Flip smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.9 düym daxili OLED ekranla təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Smartfon həmçinin 466x466 piksel keyfiyyətli 1.32 düym xarici ekrana da sahibdir və o, arxa paneldəki dairəvi kamera sahəsinin daxilində yerləşir. Xarici ekran öz növbəsində bildirişləri və vidjetləri əks etdirə bilir. Smartfonun yüksək dözümlü polad materialdan hazırlanmış şarnir konstruksiyası onun gövdəsini 30 dərəcədən 150 dərəcəyə kimi bucaq altında fiksləməyə imkan verir.
Əsas texniki göstəricilərə gəldikdə isə TECNO Phantom V Flip smartfonu MediaTek Dimensity 8050 prosessoru, 8 GB RAM (16 GB-a kimi virtual genişlənmə), 256 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon HiOS 13.5 interfeysli Android 13 vasitəsilə çalışır. TECNO Phantom V Flip-in satışlarına yaxın zamanda start veriləcək. Onun Avropa bazarında qiyməti 700 avrodan start götürəcək.
Paylaş
Bənzər xəbərlər