
Qatlana bilən qapaqlı Xiaomi Mic Flip-in texniki imkanları ilə bağlı yeni məlumatlar ortaya çıxıb
Cihazlar+
02.04.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. Smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. İndi isə sözügedən smartfonun texniki özəllikləri barəsində növbəti məlumatlar internetdə ortaya çıxıb. Məlumatda qeyd edilib ki, Xiaomi özünün ilk qatlana bilən qapaqlı smartfonu üzərində keçən ilin oktyabr ayından çalışır. Məlumata əsasən Xiaomi Mix Flip ikili arxa kameraya sahib olacaq və onlardan ən əsası 50 MP-lik olacaq. İkinci kamera obyektivi isə 60 MP-lik olmalıdır. Smartfon özündə 2 qat optik zoom özəlliyini birləşdirəcək. Bununla yanaşı Mix Flip 1.5K keyfiyyətli ekranı və 32 MP-lik ön kameranı əldə edəcək. Təəəssüflər olsun ki, smartfonun hansı prosessor vasitəsilə çalışacağı məlumatlarda qeyd edilməyib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
