
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 qlobal bazarda da satışa çıxacaq
Cihazlar+
26.12.2024
Emil
Xiaomi şirkəti iyul ayında ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi MIX Flip-i təqdim etmişdi. Smartfonun qlobal versiyası isə sentyabr ayında təqdim olundu. Şirkət gələn il Xiaomi MIX Flip 2-ni təqdim etməlidir. Məlum olub ki, gələn il təqdim olunacaq Xiaomi MIX Flip 2-nin qlobal versiyası Avropa İqtisadi Komissiyasında sertifikasiya qeydiyyatından keçib. Məlumata əsasən Xiaomi MIX Flip 2-nin qlobal versiyası 2505APX7BG model nömrəsinə sahibdir. Onun qlobal versiyasının indidən sertifikasiya qeydiyyatından keçməsi smartfonun gələn il dəqiq şəkildə qlobal bazarda da satışa çıxacağını təsdiqləyib. Xiaomi MIX Flip 2-nin texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
