
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
30.06.2025
Emil
Xiaomi şirkəti qatlana bilən qapaqlı MIX Flip 2 smartfonunu təqdim edib. Bu yeni smartfon xarici görünüşcə ümumilikdə birinci nəsil MIX Flip-dən fərqlənmir. Yeni qatlana bilən qapaqlı smartfon iki ədəd ekranı və flaqman Snapdragon prosessorunu əldə edib. Xiaomi MIX Flip 2-nin çəkisi 199 qram, tam açıq vəziyyətdə gövdə qalınlığı 7.57 mm təşkil edir. Üstəlik MIX Flip 2-nin şarnir konstruksiyası təkmilləşdirilib. Nəticədə smartfon 200 000 qatlanmaya tab gətirə bilir.

Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2912x1224 piksel keyfiyyətli 6.86 düym ölçülü daxili AMOLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 1392x1208 piksel keyfiyyətli 4.01 düym ölçülü xarici AMOLED ekranla təchiz olunub. Xarici ekran Dragon Crystal Glass 2.0 qoruyucu şüşə ilə əhatə olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası daxili ekrana inteqrasiya edilib.

Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda MIX Flip 2 özündə 50 MP + 50 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5150 mAh enerji tutumlu batareya ilə olunub və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Xiaomi MIX Flip 2 artıq Çində satışa çıxıb və onun qiyməti 836$-dan start götürür. Böyük ehtimalla MIX Flip 2 müəyyən müddətdən sonra qlobal bazarda da təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
