Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in hansı prosessoru əldə edəcəyi məlum olub

    Cihazlar+
    21.11.2023
    Emil
         İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti Flip form-faktorlu qatlana bilən smartfon üzərində çalışır. Smartfonun Mix Flip adını əldə edəcəyi güman edilir. İndi isə insayderlər Mix Flip barəsində yeni məlumatları təqdim ediblər. İnsayderlər bildiriblər ki, Xiaomi Mix Flip smartfonu Qualcomm-un yeni flaqman prosessoru olan Snapdragon 8 Gen 3-ü əldə etməyəcək. Onun yerinə smartfon keçən ilki Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bunun sayəsində şirkət Mix Flip üçün aşağı satış qiymətini təyin edə bilər. Gözləntilərə əsasən Xiaomi Mix Flip 2024-cü ilin birinci yarısında təqdim ediləcək.
    Paylaş