Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in sxematik fotosu ortaya çıxıb

Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in sxematik fotosu ortaya çıxıb

Mobil Cihazlar
06.09.2023 PAYLAŞIM

    Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti Mix Flip adlı qatlana bilən qapaqlı smartfon üzərində çalışır. Belə ki, sözügedən smartfonun adı IMEI məlumatlar bazasında ortaya çıxıb. Xiaomi-nin Flip form-faktoruna sahib qatlana bilən smartfon üzərində çalışması barəsində məlumatlar ilk dəfə yay fəslinin əvvəlində ortaya çıxmışdı. Həmin vaxtda qeyd edilmişdi ki, Flip form-faktoruna sahib olan qatlana bilən smartfonların bazarda uğurlu olmaları səbəbilə Xiaomi də bu cür smartfonu satışa çıxartmağı qərara alıb.


    İndi isə Xiaomi Mix Flip-in sxematik fotosu internetdə ortaya çıxıb. Ortaya çıxmış sxematik fotodan da görmək olar ki, Xiaomi Mix Flip üfüqi şəkildə yerləşdirilmiş arxa kamera sahəsinə sahib olacaq. Bununla yanaşı smartfon böyük ölçülü xarici ekran ilə təchiz olunacaq. Çox güman ki, Xiaomi Mix Flip ya Snapdragon 8 Gen 2 ya da Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Sözügedən qatlana bilən qapaqlı smartfonun bu ilin sonunda və ya gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×