Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in təqdimatı anons edilib və xarici görünüşü sərgilənib

    Cihazlar+
    17.07.2024
    Emil
         Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-in təqdimatını rəsmi şəkildə anons edib. Bununla yanaşı şirkət təqdimatı gözləmədən smartfonun xarici görünüşünü də sərgiləyib. Beləliklə Xiaomi tərəfindən təqdim edilmiş posterə əsasən MIX Flip smartfonu 19 iyul tarixində Xiaomi MIX Fold 4Redmi K70 Extreme Edition smartfonları ilə birlikdə təqdim olunacaq. Posterdən də görmək olar ki, Xiaomi MIX Flip smartfonu böyük ölçülü xarici ekranı və ikili arxa kameranı əldə edəcək. Kameralar arxa paneldə şaquli vəziyyətdə yerləşəcəklər. Qeyd etmək lazımdır ki, Xiaomi MIX Flip-in Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş