
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in təqdimatı yaxınlaşır
Cihazlar+
19.01.2024
Emil
Keçən il məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti 2024-cü ildə ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək. Smartfonun Xiaomi Mix Flip adını əldə edəcəyi gözlənilir. Görünür, sözügedən smartfon son hazırlanma mərhələsindədir. Belə ki, Xiaomi Mix Flip 2311BPN23C kod nömrəsi ilə Çinin TENAA adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Məlumata əsasən Xiaomi Mix Flip peyk rabitəsi ilə çalışmaq üzrə sertifikatlaşdırılıb. Bu isə o deməkdir ki, bu qatlana bilən qapaqlı smartfon Xiaomi-nin peyk rabitəsi dəstəyinə sahib ilk smartfonu olacaq. Xiaomi Mix Flip-in yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
