
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
16.07.2024
Emil
Xiaomi şirkəti yeni qatlana bilən smartfonu olacaq MIX Fold 4-ün təqdimatını artıq anons edib. Təqdimat 19 iyul tarixində baş tutacaq. Lakin həmin tarixdə şirkət həmçinin öz ilk qatlana bilən qapaqlı smartfonunu da təqdim etməlidir. Söhbət, Xiaomi MIX Flip-dən gedir. İndi isə məlum olub ki, Xiaomi MIX Flip smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub.
Beləliklə Geekbench sayəsində məlum olub ki, Xiaomi MIX Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Xiaomi MIX Fold 4 də bu prosessoru əldə edəcək. Geekbench testlərindən Xiaomi MIX Flip-in 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Xiaomi MIX Flip Geekbench-in bir nüvəli testi çərçivəsində 2087 xal, çox nüvəli testi çərçivəsində isə 6282 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
