Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.07.2024
Emil Nəcəfov
Xiaomi şirkəti qatlana bilən MIX Fold 4 ilə birlikdə ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-i təqdim edib. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də böyük ölçülü xarici ekrandır. Xarici ekran vasitəsilə smartfonun bir çox funksiyasından istifadə etmək mümkündür. Bu halda smartfonu tam şəkildə açmağa da ehtiyac qalmayacaq. Beləliklə Xiaomi MIX Flip 120 Hz-lik təsvir yenilənməsinə sahib 2912x1224 piksel keyfiyyətli 6.86 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 1392x1208 piksel keyfiyyətli 4.01 düym ölçülü xarici OLED ekranla təchiz olunub.
Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və üstəlik xarici ekran Xiaomi Dragon Crystal Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə stereo səsgücləndiriciləri birləşdirir. Xiaomi MIX Flip Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda smartfon 50 MP (f/1.7 diafraqma, avtofokus, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 2 qat optik zoom, optik stabilizasiya) ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Xiaomi MIX Flip 67 vatt gücündə sürətli şarj texnologiyalı 4780 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan HyperOS interfeysli Android 14 vasitəsilə çalışır. Xiaomi MIX Flip yaxın günlərdə Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı qiymətləri aşağıdakı kimi olacaq.
- 12 GB RAM + 256 GB yaddaş - 825$
- 16 GB RAM + 512 GB yaddaş - 895$
- 16 GB RAM + 1 TB yaddaş - 1005$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ü təqdim edib. Xiaomi-nin bu yeni qatlana bilən smartfonu digər analoqlar arasında ən nazik gövdəyə sahib qatlana bilən smartfonlardan biri olub.
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Xiaomi bu gün öz yeni məhsullarını təqdim edəcək. Təqdim ediləcək məhsullar arasında Xiaomi MIX Fold 4, MIX Flip, Redmi K70 Ultra smartfonları və Smart Band 9 smart qolbağı olacaq.
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonunun təqdimatından bir gün qabaq Xiaomi şirkətinin CEO-su Lei Jun sözügedən smartfonun hazırlanması ilə bağlı təfərrüatları və onun bir neçə prototipinin fotolarını təqdim edib.
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-i artıq sabah təqdim edəcək.
Xiaomi, ağıllı çətirini təqdim edib!
Xiaomi, ağıllı çətirini təqdim edib!
"Xiaomi Risetime" elektron çətiri, istifadəçi heç bir güc tətbiq etmədən avtomatik olaraq açıla, bağlana və şarj oluna bilər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!