main-post-cover

    Qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023)-ün fotoları təqdim edilib

    Cihazlar+
    22.02.2023
    Farid Pardashunas
        Evan Blass adlı məşhur insayder qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonu barəsində ilk məlumatları təqdim edib. İnsayder tərəfindən sözügedən smartfonun təqdim edilmiş render fotoları Motorola RAZR (2023)-ün dizaynında və istifadəçi interfeysində olan yenilikləri əks etdirirlər. Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, Motorola RAZR (2022)-dən fərqli olaraq Motorola RAZR (2023) modeli daha böyük ölçülü xarici ekran ilə təchiz olunacaq və o, qapağın üst hissəsini tamamilə əhatə edəcək. Bununla belə kameralar ilə işıqlandırma sistemi birbaşa ekran üzərində yerləşəcəklər.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Motorola RAZR (2022) modeli 2.7 düym xarici ekrana sahibdir və bununla belə əsas arxa kamera ondan ayrıca yerləşdirilib. Xarici ekran ölçüsünün artması hesabına istifadəçilər həmin ekranda tətbiqləri, oyunları və hətta virtual klaviaturanı da işə sala biləcəklər. İnsayderlərin məlumatlarına əsasən Motorola sözügedən smartfonun istifadəçi interfeysində də bəzi dəyişikliklər reallaşdıracaq. Belə ki, smartfonun xarici ekranına naviqasiya düymələri və bildirişlərin tam ölçüdə əks olunmaları özəlliyini əlavə edəcək. Motorola RAZR (2023) smartfonunun texniki özəllikləri və nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər