
Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Motorola brendi qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonu üzərində çalışır. Lenovo şirkətinin CEO-su Yang Yuanqing MWC 2023 sərgisi çərçivəsində müsahibə verən zaman təsdiqləyib ki, Motorola hal hazırda həqiqətən də Motorola RAZR (2023) üzərində çalışır. Lakin müsahibə çərçivəsində Lenovo CEO-su smartfonun texniki özəllikləri barəsində heç bir məlumat verməyib. İnsayderlərin təqdim etmiş olduqları son məlumatlara əsasən Motorola RAZR (2023) sartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı o, 144 Hz-lik təsvir yenilənməsinə sahib daxili pOLED ekran, bir qədər böyük ölçüyə sahib xarici ekran, 4000 mAh enerji tutumlu batareya, ikili arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Motorola RAZR (2023)-ün təqdimatı yay fəslində baş tuta bilər.
Şərh yoxdur