Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonu nə zaman təqdim ediləcək?

    Cihazlar+
    23.02.2023
        Evan Blass adlı məşhur insayder dünən qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonunun fotolarını təqdim etmişdi. İndi isə bu smartfonun təqdimat tarixi barəsində məlumat verilib. Beləliklə verilmiş məlumata əsasən Motorola brendi Motorola RAZR (2023) smartfonunu 1 iyun tarixində təqdim etməyi planlaşdırır. Yeni modeli əvvəlkilərindən fərqləndirəcək əsas özəlliklərindən biri də o olacaq ki, onun xarici ekranı daha böyük ölçüyə sahib olacaq. Texniki göstəricilərə gəldikdə isə smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib əsas ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 32 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...