main-post-cover

    Qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonunun ilk real fotosu təqdim edilib

    Cihazlar+
    10.03.2023
    Farid Pardashunas
        91mobiles saytı qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonunun fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki smartfonun gövdəsi iki rəngdən ibarətdir. Belə ki, onu arxa panelinin yuxarı hissəsi qara, aşağı hissəsi isə tünd qırmızı rəngdədir. Bununla yanaşı fotoda görmək olar ki, bu cür gövdə rənglərinə sahib olacaq Motorola RAZR (2023) modelində səsin tənzimlənmə düymələri də tünd qırmızı rəngdə olacaqlar. Həmçinin smartfon ikili arxa kamera il təchiz olunacaq.
        Əvvəlki məlumat sızıntılarına əsasən Motorola RAZR (2023) smartfonu iki ədəd ekran ilə təchiz olunacaq. Onlardan biri smartfonun daxilində, digəri isə xaricində yerləşəcək. Daxili hissədən smartfon 144 Hz-ik təsvir yenilənməsinə sahib pOLED ekran, xarici hissədən isə 2.7 düym köməkçi ekran ilə təchiz olunacaq. Smartfon ya Snapdragon 8+ Gen 1 ya da Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Motorola RAZR (2023)-ün yay fəslinin ortasında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər