Qatlana bilən qapaqlı ZTE Libero Flip smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
19.02.2024
Emil Nəcəfov
ZTE şirkəti Yaponiyada ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Smartfon ZTE Libero Flip adlanır. Sözügedən smartfon özündə ikili arxa kameranı, dairəvi formalı xarici ekranı, böyük həcmli batareyanı və Qualcomm prosessorunu birləşdirir. ZTE Libero Flip 2790x1188 piksel keyfiyyətli 6.9 düym daxili AMOLED ekran və 1.43 düym xarici ekranla təchiz olunub. Xarici ekran müxtəlif bildirişləri, sürətli ayarları, kameranı və müxtəlif vidjetləri əks etdirir. Smartfon Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirir.
ZTE Libero Flip 50 MP + 2 MP ikili arxa kameranı, 16 MP-lik ön kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4310 mAh enerji tutumlu batareyanı əldə edib. Smartfonun şarnir konstruksiyası onun qapağının 90 dərəcə vəziyyətdə fikslənməsinə imkan verir. Bununla yanaşı smartfonun gövdəsi IPX2 və IP4X standartları üzrə sudan və tozdan qorunur. ZTE Libero Flip özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir və Android 13 vasitəsilə çalışır. Smartfon yaponiyada 29 fevral tarixində satışa çıxacaq və 420$-a satılacaq. O, qlobal bazarda ZTE nubia Flip 5G adı ilə satışa çıxa bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ZTE şirkəti Nubia Z60 adlı növbəti flaqman smartfonu üzərində çalışır
ZTE şirkəti Nubia Z60 adlı növbəti flaqman smartfonu üzərində çalışır
ZTE şirkəti özünün Nubia brendi altında yeni flaqman smartfonu üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!