main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Flip 3 smartfon modeli barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    29.12.2020
    Emil Nəcəfov
        Samsung şirkəti yeni qatlana bilən smartfon modelini hələ təqdim etməsə də insayderlər Galaxy Z Flip 3 barəsində dəfələrlə məlumat veriblər. Bəzi mənbələr hətta qeyd edirdilər ki, şirkət bu smartfonun Lite versiyasını da satışa çıxardacaq. Lakin yeni məlumat sızıntısına əsasən Samsung Galaxy Z Flip 3-ün Lite versiyasını satışa çıxartmaqdan imtina edəcək. Bunun yerinə smartfonun adi versiyasının qiyməti fərqli texniki göstəricilər hesabına aşağı endiriləcək. Bu barədə 4pda saytı xəbər verib. Ortaya çıxmış yeni məlumata əsasən Galaxy Z Flip 3 smartfonu yalnız bir versiyada təqdim olunacaq.
        Şirkət onun satış qiymətini texniki konfiqurasiyanın fərqli olması vasitəsilə aşağı salmağı planlaşdırır. Belə ki, Galaxy Z Flip 3 smartfonunun Snapdragon 888 ilə deyil Snapdragon 865 ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə heç istisna deyil ki, şirkət sözügedən smartfonun LTE versiyasını təqdim etsin. Bu halda smartfon 5G dəstəyindən məhrum olacaq və bunun sayəsində də onun satış qiyməti aşağı olacaq. Bunun həqiqətən də belə olub-olmayacağı bilinmir. Hətta bəzi insayderlər xəbər veriblər ki, 4G versiyanın təqdim olunacağı halda şirkət onu Lite adlandıracaq. Galaxy Z Flip 3-ün gələn ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala