Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Flip 5 smartfonu iki ədəd xarici ekran ilə təchiz oluna bilər

    Cihazlar+
    27.03.2023
    Emil
        İnsayderlər Samsung-un növbəti qatlana bilən smartfonlardan biri olacaq Galaxy Z Flip 5 barəsində yeni məlumatlar veriblər. İnsayderlərin təqdim etmiş olduqları məlumata və yeni render fotolara əsasən Galaxy Z Flip 5 smartfonu iki ədəd xarici ekran ilə təchiz olunacaq. Render fotolardan görmək olar ki, smartfon xarici tərəfdən bir ədəd böyük ölçülü ekran və xidməti məlumatları əks etdirəcək kiçik ölçülü əlavə ekran ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, kiçik ölçülü əlavə ekranda saat, batareya enerjisinin səviyyəsi və s. kimi məlumatlar əks olunacaq. Gözləntilərə əsasən Galaxy Z Flip 5 smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Galaxy Z Flip 5-in Galaxy Z Fold 5 ilə birlikdə avqust ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər