Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ

Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
10.08.2022 PAYLAŞIM

    Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy Z Fold 4-ü və Galaxy Z Flip 4-ü təqdim edib. İlk öncə Galaxy Z Fold 4-dən başlayaq. Sözügedən smartfon xarici görünüşcə Galaxy Z Fold 3-dən minimal dərəcədə fərqlənsə də, texniki göstəricilər baxımından tamamilə başqa smartfondur. Belə ki, Galaxy Z Fold 4 modeli təkmilləşdirilmiş şarnir konstruksiyasına və güclü texniki göstəricilərə sahibdir. Galaxy Z Fold 3-dən fərqli olaraq Galaxy Z Fold 4 modeli daha kompakt ölçüdə reallaşdırılıb və daha yüngüldür. Bu isə smartfona daha nazik şarnirin və ekran çərçivələrinin əlavə edilməsi hesabına mümkün olub. Galaxy Z Fold 4 modeli 1-120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 7.6 düym daxili Dynamic AMOLED 2X ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.2 düym xarici Dynamic AMOLED 2X ekran ilə təchiz olunub.


    Smartfonun şarnir qapağı gücləndirilmiş alüminiumdan hazırlanıb, xarici ekranı isə Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Daxili ekranda ön kamera ekranın alt hissəsinə yerləşdirilib və onu görmək elə də asan deyil. Onu da qeyd etmək lazımdır ki, gövdə IPX8 standartı üzrə sudan qorunur. Galaxy Z Fold 4 özündə Dolby Atmos dəstəkli stereo səsgülcəndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 256 GB/512GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, Dual Pixel avtofokus sistemi) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, 3 qat optik zoom, optik stabilizasiya) üçlü arxa kamera, 10 MP-lik xarici ön kamera, 4 MP-lik daxili ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Bundan əlavə olaraq smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. Smartfon One UI 4.1.1 interfeysli Android 12L əməliyyat sistemi vasitəsilə çalışır və S Pen stilusunun dəstəyinə sahibdir. Android 12L məhz böyük ekranlı cihazlar üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Galaxy Z Fold 4 modeli 26 avqust tarixində satışa çıxacaq. 256 GB yaddaşa sahib versiya 1799 avroya, 512 GB yaaddaşa sahib versiya 1919 avroya, 1 TB yaddaşa sahib versiya isə 2159 avroya satılacaq.

    İndi isə keçək Galaxy Z Flip 4 smartfonuna. Galaxy Z Flip 4 modeli xarici görünüşcə keçən ilki Galaxy Z Flip 3 modelinə bənzəsə də, təkmilləşdirilmiş texniki göstəricilər baxımından ondan fərqlənir. Keçən ilki modeldə olan üstünlükləri özündə qoruyub saxlamaqla yanaşı Galaxy Z Flip 4 daha güclü və kompakt ölçülü olub. Galaxy Z Flip 4 modeli 1-120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.7 düym daxili Dynamic AMOLED 2X ekran və 512x260 piksel keyfiyyətli 1.9 düym xarici Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Daxili ekran Ultra Thin Glass adlı qoruyucu örtüklə, xarici ekran isə Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Daxili ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Bununla yanaşı smartfon özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir və onun gövdəsi IPX8 standartı üzrə sudan qorunur. Smartfonun xarici ekranı daxil olan zəngləri və bildirişləri əks etdirə və Always on Display rejimində zamanı və digər faydalı məlumatları təqdim edə bilir. Əsas texniki göstəricilər baxımından Galaxy Z Flip 4 modeli Snapdragon 8+ Gen 1 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 12 MP-lik (f/2.2 diafraqma, 80 dərəcə bucaq əhatəsi) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Smartfon One UI interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy Z Flip 4-ün satışlarına Galaxy Z Fold 4 ilə birlikdə start veriləcək. 128 GB yaddaşa sahib versiya 1099 avroya, 256 GB yaddaşa sahib versiya 1159 avroya, 512 GB yaddaşa sahib versiya isə 1279 avroya satılacaq.



DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×