Qatlana bilən Samsung Galaxy Z Fold 5 barəsində yeni məlumatlar verilib

Qatlana bilən Samsung Galaxy Z Fold 5 barəsində yeni məlumatlar verilib

Mobil Cihazlar
09.03.2023 PAYLAŞIM

    Samsung şirkətinin bu il yeni qatlana bilən smartfonlarından biri olacaq Galaxy Z Fold 5 barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə yeni məlumatları Ice Universe ləqəbli məşhur insayder təqdim edib. İnsayderin sözlərinə əsasən Samsung sözügedən qatlana bilən smartfonun dizaynını artıq təsdiqləyib. Məlumata əsasən Galaxy Z Fold 5 xarici görünüşcə hal hazırda aktual olan Galaxy Z Fold 4-dən heç də fərqlənməyəcək. Bununla yanaşı insayder bildirib ki, yeni qatlana bilən smartfon Galaxy Z Fold 4-ün xarici ekranını əldə edəcək.

    Bu isə o deməkdir ki, Galaxy Z Fold 5 modeli 6.2 düym AMOLED ekran ilə təchiz olunacaq. İnsayder ekranın hansı göstəricidə təsvir yenilənməsini əldə edəcəyini söyləməyib. Lakin çox güman ki, Galaxy Z Fold 5-in xarici ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Prosessora gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 vasitəsilə çalışacaq. Galaxy Z Fold 5-in Galaxy Z Flip 5 ilə birlikdə avqust ayında baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində tədqim ediləcəyi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×