Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları Geekbench testlərindən keçiblər

    Cihazlar+
    30.03.2023
    Emil
        Samsung şirkətinin yeni qatlana bilən smartfonları Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxıblar. Söhbət, Galaxy Z Fold 5Z Flip 5-dən gedir. Smartfonların Geekbench-də ortaya çıxan məlumatları onu təsdiqləyirlər ki, Galaxy Z Fold 5 ilə Z Flip 5 modelləri Snapdragon 8 Gen 2-nin daha sürətləndirilmiş versiyası olan Snapdragon 8 Gen 2 for Galaxy ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy S23 seriyasına daxil olan smartfonlar da Snapdragon 8 Gen 2-nin sürətləndirilmiş versiyası ilə təchiz olunublar.
        Snapdragon 8 Gen 2 for Galaxy versiyası 3.36 GHz tezlikdə çalışır. Galaxy Z Fold 5 (SM-F946U) Geekbench-in bir nüvəli testi çərçivəsində 2014 xal, çox nüvəli testi çərçivəsində isə 5022 xal toplayıb. Galaxy Z Flip 5-ə (SM-F731U) gəldikdə isə o, Geekbench-in bir nüvəli testi çərçivəsində 2030 xal, çox nüvəli testi çərçivəsində isə 5213 xal toplayıb. Bundan əlavə olaraq məlumata əsasən Galaxy Z Fold 5 modeli 12 GB RAM, Galaxy Z Flip 5 modeli isə 8 GB RAM ilə təchiz olunacaq. Samsung-un yeni qatlana bilən smartfonlarının avqust ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər