main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 5-in bəzi özəllikləri barəsində məlumatlar verilib

    Cihazlar+
    08.01.2023
    Farid Pardashunas
        Samsung şirkətinin Galaxy S23 smartfon seriyasının təqdimatına hazırlaşdığı bir vaxtda insayderlər artıq indidən qatlana bilən Galaxy Z Fold 5 barəsində məlumatlar verməyə başlayıblar. Beləliklə insayderlərin verdikləri yeni məlumatlara əsasən Galaxy Z Fold 5 smartfonu Snapdragon 985 5G adlı 4 nanometrlik prosessor vasitəsilə çalışacaq. Lakin bu, prosessorun rəsmi adı deyil. Çox güman ki, söhbət, Snapdragon 8 Gen 2 prosessorundan gedir. Məlumatda qeyd edilib ki, smartfonun qalınlığı 6.3 mm-dən 6.5 mm-ə, çəkisi isə 263 qramm-dan 275 qramm-a yüksələcək.
        Smartfonun çəkisinin artmasına dair təsdiqedici sübutlar olmasa da, güman etmək olar ki, bunun əsas səbəbi ya yenilənmiş kameralarda ya da böyüdülmüş batareya həcmindədir. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Galaxy Z Fold 5 10 MP əvəzinə 12 MP-lik ön kamera ilə təchiz olunacaq. Samsung Galaxy Z Fold seriyasında əsas kamera ilə teleobyektivi hələ keçən il yeniləmişdi. Buna görə də Galaxy Z Fold 5-in yeni kamera sensorlarını əldə edəcəyi şübhə altındadır. Yeni smartfonda gövdə qalınlığının potensial artması isə onda S Pen stilusu üçün xüsusi yerin olacağına işarə edir. Qeyd etmək lazımdır ki, Keçən ilki Galaxy Z Fold 4 modeli S Pen stilusunun dəstəyinə sahib olsa da, onun gövdəsində stilusun yerləşməsi üçün xüsusi yer mövcud deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər