Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 5-in konstruksiyası barəsində yeni məlumat verilib

    Cihazlar+
    13.06.2023
    Emil
        Hələ bu ilin əvvəlində məlumat verilmişdi ki, Samsung-un yeni qatlana bilən smartfonu olacaq Galaxy Z Fold 5-də yeni şarnir konstruktiyası olacaq. Söhbət, damcı formalı şarnir konstruksiyasından gedir. Bu cür şarnir konstruksiyası smartfonun daxili ekranı üzərində əyilmə izi problemini aradan qaldırmalıdır. Lakin Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən bu cür yenilik kifayət etməyəcək.
        İnsayder bu bəyanatı Samsung-un anonim əməkdaşının hesabatına istinadən verib. Belə ki, Samsung-un anonim əməkdaşının verdiyi məlumata əsasən Galaxy Z Fold 4-dən fərqli olaraq Galaxy Z Fold 5-də olacaq yeni şarnir konstruksiyası sayəsində smartfonun daxili ekranı üzərindəki qatlanma izi yalnız 15% daha kiçik olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Tayvanın adı çəkilməyən smartfon brendinin qatlana bilən smartfonunun ekranı bu mövzuda Galaxy Z Fold 5-i geridə qoyur.
    Paylaş
    Bənzər xəbərlər