
Qatlana bilən Samsung Galaxy Z Fold 5-in reklam fotoları təqdim edilib
İnsayderlər təqdimata hazırlaşan qatlana bilən Samsung Galaxy Z Fold 5-in reklam fotolarını təqdim ediblər. Təqdim edilmiş reklam fotoları sayəsində smartfonun dizaynını qiymətləndirmək və onun xarici görünüş məsələsində Galaxy Z Fold 4-dən nə ilə fərqlənəcəyini görmək olar. Fotolardan da görmək olar ki, Galaxy Z Fold 5 ilə Z Fold 4 arasında dizayn fərqliliyi minimaldır. Əsas dəyişiklik ondan ibarətdir ki, Galaxy Z Fold 5-in gövdəsinin hər iki hissəsi qatlanmış halda bərabər şəkildə vəziyyət alır.
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy Z Fold 5 damcı formalı şarnir konstruksiyasını əldə edəcək. Görünür, smartfon gövdəsinin hər iki hissəsinin qatlanmış halda bərabər şəkildə vəziyyət alması məhz damcı formalı şarnir konstruksiyası hesabına baş verir. Bununla yanaşı fotolardan birində görmək olar ki, Samsung-un yeni qatlana bilən smartfonu S Pen stilusunun dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5 ilə Galaxy Z Flip 5 gələn ayın sonunda təqdim edilməlidir.
Paylaş
Bənzər xəbərlər